Azərbaycan Prezidentinin müəllifi olduğu iqtisadi islahatlar paketi parlament tərəfindən qəbul edildi

 

Milli Məclisin növbədənkənar iclasında 7 hüquqi sənədə müsbət rəy verildi

 

Yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası keçirildi. İclas Dövlət himninin səsləndirilməsi ilə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan edərək bildirdi ki, toplantı növbədənkənar olduğu üçün cari məsələlərin müzakirəsi aparılmayacaq. Sonra sədr yanvarın 18-də Prezident İlham Əliyevin yanında iqtisadisosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirəni xatırladaraq “Bu müşavirədən sonra bir daha əmin oldum ki, iqtisadiyyatı hamıdan daha güclü bilən elə bizim Prezidentdirdedi. Onun sözlərinə görə, artıq müəyyən islahatlara başlamaq üçün dövlət başçısı tərəfindən Milli Məclisə iki zərfdə iqtisadi sənədlər göndərilib. Milli Məclis bu qanun layihələrinin qəbulunun zərurətini görərək növbədənkənar iclas çağırıb.

Qanun layihələrini təqdim etmək üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə söz verildi. Z.Səmədzadə Prezidentin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq iqtisadi bloku təmsil edən strukturların rəhbərləri ilə olan görüşündən danışdı: Bu görüşdə sözün əsl mənasında Azərbaycanın gələcəyi, ölkə iqtisadiyyatının davamlılığı və xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılması naminə konkret tədbirlər müəyyən edildiciddi tapşırıqlar verildi. Bilirsiniz ki, dünyanın bir çox ölkəsi qlobal böhran içərisindədir. Azərbaycanda da müəyyən çətinliklər var, lakin cənab Prezidentin son vaxtlar atdığı addımlar, imzaladığı sərəncamlar və verdiyi tapşırıqlar birmənalı şəkildə sübut edir ki, Azərbaycan yaxın gələcəkdə yenə də öz iqtisadi inkişaf sürətini təmin edəcək”.

Z.Səmədzadə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişikliklər edilməsi, “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi və “Valyuta tənzimi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında ayrı-ayrılıqda məlumat verdi. Bildirdi ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Əmanətlərin Sığortalanması Fondu borc vəsaitinin alınması üçün Mərkəzi Banka müraciət etdikdə Mərkəzi Bank fonda dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla, əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.

“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinə gəldikdə isə bildirildi ki, sənədin məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunması, bank sisteminin dayanıqlığının təmin edilməsi və əmanətçilərin banklara etibarını gücləndirməkdir. Bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif olunan dəyişiklik barədə də danışan Z.Səmədzadə qeyd etdi ki, məcəllənin “Gəlir vergisindən azadolmalar və güzəştlər” maddəsi yeni redaksiyada verilir. Bunlara 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerlixarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri daxildir.

İclasın müzakirəsinə təqdim olunanValyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə növbəti qanun layihəsində isə qeyd olunur ki, bank materiallarının Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla müəyyən edilir. Rezidentqeyri-rezident fizikihüquqi şəxsin (dövlətin tam mülkiyyətində olan, habelə kapitalından dövlətin iştirak payı 50 faizdən çox olan müəssisə və təşkilatlar istisna olmaqla) birbaşa investisiya əməliyyatı üzrə-əməliyyatın məbləğinin 20 faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə Azərbaycandan kənara xarici valyutanı köçürə bilər.

Qanun layihələrinin təqdimatından sonra müzakirələr başladı. İlk olaraq Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, əmanətçilərlə bağlı məsələ çox az ölkədə dövlət tərəfindən sığortalanır. Ona görə də cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunan bu sənədlər xeyli dərəcədə zəruridir.

Sonra deputatlardan Fazil Mustafa, Əli Məsimli, Qüdrət Həsənquliyev və digərləri qanun layihələri barədə fikir və təkliflərini səsləndirdilər. Bildirildi ki, iqtisadi böhran hazırda bütün dünyada yaşanır. Bu böhrandan zərərsiz çıxmaq üçün ölkədə açıq qapı prinsipi tətbiq edilməlidir ki, insanlar sərbəst şəkildə xaricə mal aparıb-gətirə bilsinlər. Həmçinin, xarici bankların Azərbaycanda fəaliyyət göstərməsinə, onların əhaliyə kredit verməsinə şərait yaratmaq lazımdır. Bundan başqa, insanlara verilən kredit şərtləri yumşaldılmalıdır. Eyni zamanda, xarici ölkələrlə, xüsusən də qonşu dövlətlərlə viza rejimi ləğv edilməlidir ki, ölkənin turizm sektoru inkişaf etsin. Bunlarla bərabər, ölkədə ictimai sabitliyi qorumaq, milli valyuta olan manata inamı artırmaq və qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır.

Çıxış edən digər deputatlar Elmira Axundova, Vahid Əhmədov, Fəzail Ağamalı və Zahid Oruc da qeyd etdilər ki, müzakirəyə təqdim olunan qanun layihələrinin qəbulu maliyyə sektorunda sabitliyi təmin edəcək, eyni zamanda, əhalinin bank sektoruna olan inam və etimadını yüksəldəcək.

Müzakirələrdən sonra çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deputatlar tərəfindən səsləndirilən suallara cavab verməklə yanaşı, manatın məzənnəsinin dollarla müqayisədə kəskin düşməsi ilə bağlı yaranan gərginliyə də münasibət bildirdi. Qeyd etdi ki, Azərbaycanda dolların rəsmi məzənnəsinin 2 manat səviyyəsinə kimi kəskin artması ilə bağlı yayılan xəbərlər əsassızdır: “Bizim 40 milyard dollara yaxın vəsaitimiz var. Bu, sabitlik komfortudur, manevr etmək üçün bu vəsait kifayətdir. Strateji ehtiyatlarla ehtiyatlı davranmalıyıq. Biz borca düşmüş dövlətlərin vəziyyətini görürük. Onlar dövlət müstəqilliklərini qoruya bilmir. Biz 3 ay bazardan valyuta aldıq. İyundan başlayaraq neft yenidən ucuzlaşaraq vəziyyəti kəskinləşdirdi. Deyirlər ki, vaxt itirdik. Bu, kənardan elə görünür. Lakin biz müşahidə edirik ki, manatın məzənnəsinin sabitləşməsi mümkün deyil. Ona görə də “üzən məzənnə”yə keçməyə məcbur olduq. İqtisadiyyatımız neftin qiymətinə uyğunlaşmalıdır. Neftin qiyməti düşür, sabitləşməni bunun əsasında aparmalıyıq. Həmçinin Dövlət Neft Fondunun vəsaitlərindən çevik istifadə etməklə manatı idarə olunan səviyyədə saxlamaq lazımdır. Manatın məzənnəsi əhəmiyyətli dərəcədə xarici amillərdən asılıdır, dəyişən neft qiyməti, ticarət tərəfdaşlarında devalvasiya məcbur edir ki, bunu nəzərə alaq. Biz bu işin məsuliyyətini dərk edirik. Buna reaksiya verməmək mümkün deyil”.

E.Rüstəmov qeyd etdi ki, artıq 200-dən çox valyuta məntəqəsi ləğv olunub: “Bazara kifayət qədər valyuta veririk. Dünən hərracda təklif etdiyimiz valyutanın bir hissəsi hətta satılmayıb. Elektron hərrac vasitəsilə proses şəffaf həyata keçirilir. Vətəndaşları sakitliyə çağırıram. Bu gün ciddi təlaş yoxdur. Əsas məsələ neftin qiymətinin 25-30 dollar ətrafında sabitləşməsidir. Vergi, büdcə və gömrük sahələri bu siyasətə xidmət etməlidir”.

Sonra qanun layihələri ayrılıqda səsə qoyularaq qəbul edildi.

Gündəlikdə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, dəyişikliyə əsasən ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fizikihüquqi şəxslər ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilir. Qanun layihəsi qəbul edildi.

Digər məsələ - “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında Z.Səmədzadə danışdı. Qeyd olundu ki, təklif edilən düzəlişə görə satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edilir. Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

İclasdaGömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihəyə də baxıldı. Layihəyə görə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan azadya qismən azad olunmuş mallar hesab edilir. Bu qanun layihəsi də qəbul edildi. Qeyd edək ki, bu, vergiyə də aid edilir.

Sonuncu olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi təqdim olundu. Dəyişikliyə görə, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır. İnvestisiya təşviqi sənədi əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi olduqda, bu məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə investisiya təşviqi sənədi alındığı tarixdən hesablanır. İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin 50 faizi 7 il müddətinə gəlir vergisindən azad edilir. Bu sənədi almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalı və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir. Qanun layihəsi qəbul edildi.

Bununla da Milli Məclisin növbədənkənar iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S.1, 2.