Qeyri-neft sektoru ölkə
iqtisadiyyatının dayanıqlığını təmin edən
əsas faktor olmalıdır
Dövlət
başçısının yeni şəraitdə
hökumətdən başlıca tələbi budur
Ötən il dünya iqtisadiyyatı dərin böhran keçirdi. Cari ildə də bu böhran davam edir. Əsas səbəbi
böyük güclərin
siyasi qarşıdurmaları
və bunun nəticəsində neftin
qiymətinin kəskin
şəkildə aşağı
düşməsidir. Azərbaycan iqtisadiyyatının
da əsasını neft sənayesi təşkil etdiyindən bu ucuzlaşmanın yaratdığı fəsadlar
ölkəmizdən də
yan keçmir.
İndi bir sıra ölkələr
siyasi ambisiyalardan çıxış edərək
rəqiblərinə qarşı
iqtisadi müharibə
aparır. Məsələn, Qərb neftin
qiymətini süni şəkildə aşağı
endirməklə Şimal
qonşumuza iqtisadi zərbə vurur.
Azərbaycan da neft ölkəsidir,
ixracatımızda karbohidrogen
daşıyıcıları üstünlük təşkil
edir. Lakin iqtisadiyyatın çoxşaxəli
inkişafı istiqamətində
də addımlar atılır. Bunun sayəsində
ölkəmizdə qeyri-neft
sektoru formalaşmağa
başlayıb. Bu gün neftin üç dəfədən
də çox ucuzlaşmasına baxmayaraq
ölkəmizin dərin
böhrana düşməməsinin
səbəbi məhz budur. Hazırda neft-qaz sənayesi
ilə paralel inkişaf edən qeyri-neft sektoru iqtisadiyyatımızda dayanıqlığın
təminatında mühüm
rol oynayır. Bu sektorda məhsul
istehsalı ildən-ilə
artır. Ötən
il ölkə üzrə ümumi daxili məhsul istehsalı bir faizdən çox, sənaye istehsalı 2,4, qeyri-neft sənayesi
8,4 faiz artıb. Başqa sözlə, keçən il qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat, yaxud
103 faiz icra edilib. Bu, proqnozda nəzərdə tutulduğundan
200 milyon manat,
2014-cü illə müqayisədə
9,5 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının xüsusi
çəkisi isə
40,5 faiz təşkil edib ki, bu da
2014-cü illə müqayisədə
6,5 faiz-bənd artıqdır.
Son 10 ildə paytaxtda və iri şəhərlərdə
sənaye texnoparkları
yaradılıb, bölgələrdə
isə sənaye məhəllələrin yaradılmasına
start verilib. Qeyri-neft sektoruna
verilən dəstək
sayəsində bu gün Azərbaycanda minlərlə kiçik, orta və iri
sənaye, kənd təsərrüfatı, emal
və turizm müəssisələri fəaliyyət
göstərir. Eyni zamanda
tikinti sektorunda yaradılan müxtəlif
təyinatlı məhsul
istehsalı müəssisələri
ümumi inkişafa töhfə verir. İndi xaricdən tikinti mallarının alınması
minimum həddə enib,
bəzi məhsulları
isə ixrac edirik. Paralel olaraq ölkədə
kənd təsərrüfatı
məhsullarının emal
sənayesi də formalaşıb. Artıq bir
sıra kənd təsərrüfatı məhsulları
emal edilərək xaricə də ixrac olunur.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci
ilin yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında qeyri-neft sektorunun inkişafı istiqamətində görülən
işlərə yüksək
qiymət verərək
demişdir: “Xüsusilə
qeyri-neft sektorunun inkişafı böyük
əhəmiyyət daşıyır.
Son illər ərzində
bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər
biz vaxtilə qeyri-neft
sektorunun inkişafı
ilə məşğul
olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər
də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə
iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm
ki, biz bu il ərzində
bu istiqamətdə daha böyük uğurlara nail olacağıq.
Ümumiyyətlə, ümumi daxili
məhsulumuzun strukturu
müsbətə doğru
dəyişir, qeyri-neft
sektorunun çəkisi
artır. Bu, müsbət haldır.
Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı
minimum səviyyəyə endirməliyik
ki, gələcəkdə
neftin qiymətindən
asılı olmayaq.
Vəzifə bundan ibarətdir.
Hesab edirəm ki, biz düşünülmüş
siyasət, gərgin iş nəticəsində
buna nail ola
biləcəyik”.
Hər bir iqtisadiyyatın inkişafı
investisiya qoyuluşu tələb edir. İndiyədək Azərbaycanda ən çox xarici sərmayə neft sektoruna yatırılıb.
Çünki neft sektoru gəlirli biznes olduğu üçün
xarici investorlar üçün daha cəlbedicidir. Dövlət başçısı hökumətin
sözügedən iclasındakı
nitqində qeyd etdi ki, indi
xarici sərmayə qeyri-neft sektoruna cəlb edilməlidir.
Bu istiqamətdə kənd təsərrüfatı,
sənaye və xidmət sektoru prioritet sahə kimi götürülməlidir.
Xarici investorlarla Azərbaycan iqtisadiyyatına
sərmayə qoymaları
üçün səmərəli
iş aparılmalıdır.
Bunun üçün
onlar ölkəmizin inkişaf tempi və daxili bazarın tələbatı ilə tanış edilməlidir. Bir sözlə, xarici
sərmayədarlar əmin
olmalıdırlar ki, ölkəmizə investisiya
qoymaqda yanılmayacaqlar.
Ötən il
ümumilikdə ölkə
iqtisadiyyatına 20 milyard
dollar sərmayə qoyulub.
Yatırılan sərmayənin yarısı
xarici investisiyalardır.
Bu da onu
göstərir ki, Azərbaycan dünyada baş verən böhrana baxmayaraq yenə də xarici sərmayədarlar üçün cəlbedici
ölkə olaraq qalır. Hökumət cari ildə
həyata keçiriləcək
iqtisadi siyasət zamanı daha çox xarici investisiyanın qeyri-neft sektoruna qoyulmasına çalışmalıdır. Çünki bu gün qeyri-neft sektorunun inkişafı ölkə
iqtisadiyyatının dayanıqlığını
təmin edən əsas faktordur.
Prezident İlham Əliyev yanvarın 18-də ölkənin
iqtisadi və sosial problemlərinin həlli ilə bağlı növbəti
müşavirə keçirdi. Dövlət başçısı beynəlxalq
aləmdə baş verən siyasi və iqtisadi proseslərə toxunaraq qeyd etdi ki,
dünyada davam edən gərginlik Azərbaycan iqtisadiyyatına
da mənfi təsir göstərir.
Yaranmış vəziyyətdən çıxmaq üçün
bir sıra radikal addımların atılmasına, islahatların
aparılmasına ehtiyac
olduğunu bildirən
dövlət başçısı
qeyri-neft sektorunun inkişafında əsas sahə kimi kənd təsərrüfatı,
sənaye istehsalı və emal sənayesini
göstərdi. Prezident
bu sahələrin daha da inkişaf
etdirilməsi üçün
xarici investisiyaların
qoyulmasını vacib
şərt kimi vurğuladı, eyni zamanda geniş özəlləşdirməyə ehtiyac olduğuna diqqət çəkdi: “Biznes mühitini yaxşılaşdırmaq və
iqtisadi canlanmanı sürətləndirmək üçün
mütləq geniş
özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq
ekspetlər bu işə cəlb olunmalıdır. Yerli və
xarici investorlar üçün elə şərait yaratmalıyıq
ki, onlar böyük maraqla, həvəslə vəsait
qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın
uzunmüddətli uğurlu
inkişafı heç
bir investorda şübhə doğurmur,
Azərbaycan iqtisadiyyatı
dayanıqlı şəkildə
inkişaf edəcək”.
Rüstəm
KAMAL,
Azərbaycan. - 2016.- 20 yanvar.- S. 3.