Yaralılara aman verməyəntufan

 

O gecə təcili yardım da gülləbaran edilmişdi

 

1990-cı il yanvar ayının əvvəlindən Bakının üstünü sanki qara bulud almışdı. Həmin ilin qışı özünü daha sərt göstərirdi: şaxta qılınc kimi kəsir, soyuq iliyə işləyirdi. Bəlkə Bakı sovetlərin hakimiyyətdə olduğu yetmiş illik tarixdə belə cansıxıcı günlərini yaşamamışdı. Şəhərdə hərbçilər həmişəkindən daha çox, həm vahiməli görünürdülər. Hələlik ciddi hadisə baş verməsə , sanki zəlzələdən öncəki kimi, sükut, ölümcül əhval-ruhiyyə hökm sürürdü. Amma güclü bir tufan qasırğanın yaxınlaşdığı hiss olunurdu.

Bu, “şimal küləyi”nin gətirdiyiqasırğaidi. Qarşısına çıxan hər şeyi, hər kəsi məhv edirdi. Amansıztufanuşağa, böyüyə, qocaya... aman vermirdi. Bir gecənin içərisində Bakı onun sülhpərvər, qonaqpərvər, tolerantlıq nümunəsi olan sakinləri, eləcə şəhərin o gecəki qonaqları hədəfə alındı. Milli mənsubiyyətindən, dinindən əqidəsindən asılı olmayaraq Bakıda hər kəs yetmiş illik tarixin hökmdarı olan sovet imperiyasının qoşunları ilə 20 yanvarda üz-üzə dayandı: şəhidlik zirvəsinə yüksəldi, amma, xalqımızın paytaxtımızın diz çökməsinə imkan vermədi azadlıq mücahidləri!

Həmin gecə dinc əhalinin üstünə ağır hərbi texnika yeridiləndə bəlkə daha çox həyatları təhlükə altında olan həkim, tibb bacıları texniki işçilər idi. 20 Yanvar qətliamlarında hətta həkimlərə, təcili yardım maşınlarına güllə atanlarla üz-üzə qalanlardan biri Mürsəl Həmidov idi. Bakı şəhərinin indiki Yasamal (o zaman Oktyabr) rayonunda fəaliyyət göstərən Köməkçi Təcili Tibbi Yardım Stansiyasının baş həkimi işləyirdi. Fikirlərini o gecənin yaratdığı vahiməyə, qanlı-qadalı günlərdə qarşılaşdıqları amansızlıqlara yönəltməyə çalışan həkim deyir ki, Qanlı 20 Yanvar hadisələrində həkimlərimiz öz müqəddəs peşə andlarına sadiq qalaraq zərər çəkmiş insanların köməyinə yetməyə çalışırdılar. Məhz bunun nəticəsində neçələri göstərilən təcili tibbi yardımlar hesabına amansız vaxtsız qanlı ölümün pəncəsindən xilas edildi.

O zaman Bakı şəhərində cəmi 15 təcili yardım stansiyası var idi. Stansiyalarla əlaqə ancaq hava telefonları (“ratsiyaqurğuları) vasitəsi ilə saxlanırdı. Gecə daxil olan məlumatda göstərilirdi ki, Bakı-Mərdəkan yolunda bir təcili yardım maşını vurulub. Mərdəkandakı 10-cu yarımstansiyanın əməkdaşı, həkim Aleksandr Marxevka çağırışa gedəndə yolda güllə yağışına tutulmuşdu. O, Türkan-Mərdəkan yolunun kəsişməsində yaralanmış bir nəfərə yardım göstərməyə gedirmiş. Çağırış yerinə çatarkən təcili yardım maşını atəşə tutulmuşdu. Daha acınacaqlısı isə həkimin təcili yardım maşını ilə yaralının üstünə getdiyi yerdə vurulması idi. Yaralıya çatdırmaq istədiyisistemşüşəsi əlində qalan həkimin özünə yardım eləmək belə mümkün olmamışdı.

Gecə saat 24-də “Salyan kazarması”ndan havaya işıqsaçan güllələr atılandan az sonra Bakı Şəhər Təcili Yardım Təxirəsalınmaz Stansiyasına, eləcə digər xəstəxana poliklinikalara yaralılar gətirilirdi. Bütün bunlar Bakı əhalisini yalnız çaş-baş salmamışdı, eyni zamanda, stresslər, həyəcan qorxular da insanlara təcili tibbi yardım göstərməyə məcbur edirdi.

İlk növbədə, yaralılara çatmaq, yardım göstərərək, onları yaxınlıqdakı xəstəxanalara yerləşdirmək kimi çətin, ağır məsuliyyət o gecə şəhərin həkimlərinin, tibb bacılarının, bir sözlə, səhiyyə işçilərinin üzərinə peşə şərəfini qorumaqla yanaşı, həm vətəndaşlıq borcu qoymuşdu. Amma necə? Yol var idimi? Hər yan blokadaya alınmışdı.

Həkim o dəhşətləri gözləri önündə canlandırmağa çalışır: “Məlumatlar gəlirdi ki, “Xəzərkino-teatrının yaxınlığında yaralılar var, təcili ora briqada getməlidir. 13 həkim briqadamız var idi. Biz həkim təcili yardım avtomobillərini bu briqadalarda qruplaşdırmışdıq. Xəzərkino-teatrının yaxınlığına getdik. N.Nərimanov prospektindən Ə.Haqverdiyev küçəsinə təxminən 50 metr qalmış maşından düşdük. İrəli getmək mümkün deyildi, yol bağlanmışdı. Ora çatanda gördük ki, insanlar ağlaya-ağlaya, Yasamal istiqamətinə, 5 nömrəli çörək zavodunun qarşısından üzü yuxarı gedirlər. Zülmət gecədə güllələrin haradan atıldığı bilinmirdi, yalnız dəydiyi yerdə parlayan qığılcımları görmək mümkün idi. Kazarmanın yaxınlığındakı yaşayış binasını da güllə yağışına tutmuşdular. Birdən gördük ki, “Olimptərəfdən rəngli bir “QAZ-24” markalıVolqaüzü yuxarı qalxır. Maşının sürücüsünə qədər işarə elədik ki, gəlməsin, alınmadı, çünki sürücü bizi anlamadı. Yəqin ki, qaranlıq olduğundan, qarşıdakı tankı hərbçiləri görmürdü. Qışqırırdıq ki, gəlmə! Maşın bir az gəldikdən sonra dayandı. Təkərlərini partlatdıqdan sonra sürücünü içərisindəkiləri avtomatla deşik-deşik etmişdilər. Elgün Hacıyev binanın küncü ilə sürünərək maşındakı yaralılara yaxınlaşıb onları çıxarmağa kömək etdi”.

Bundan sonra həmin əraziyə gələn daha birJiquli gülləbaran edilmişdi. Güllə yağış kimi yağsa da, heç kim qorxmurdu. Həmin dəqiqələrdə hər yerdən çağırışların sayı artsa da, onlara təcili yardım göstərmək mümkün olmurdu. Şəhərin mərkəzi, əsas hərəkətli küçələri bağlandığından, yaralıları təcili olaraq xəstəxanalara çatdırmaq çətin idi. Axı, yollar qorxulu olmaqla yanaşı, həm vəhşi, saqqallı hərbçilərtərəfəfindən bağlanmışdı...

O zaman Bakı Şəhər Təcili Yardım Stansiyasının baş həkimi işləyən Sabir Adnayevin həyəcanlı səsi həkimləri sanki hərbi rejimə kökləmişdi. Onlar hətta özlərini yaralının üstünə maşınsız yetirirdilər. 67 nömrəli təcili yardım maşını da indiki Gömrük Komitəsi binasının arxasındakı yaşayış binalarından birinə çağırışa gedəndə güllə yağışına tutulmuşdu. Həkim yaralıya tibbi yardım göstərmək üçün binaya daxil olanda sürücü həyətdə maşında gözləyirmiş. Əli avtomatlı hərbçilər yaxınlaşıb ona buranı tərk etmək əmrini verəndə sürücü həkim xəstə gözlədiyini bildirmişdi. Bu cavabdan qəzəblənən hərbçilər maşını vermişdilər güllənin qabağına. Sürücü zorla binanın dalanına girib yuxarı mərtəbələrə qaçmaqla canını qurtarmışdı.

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın da o müdhiş şənbə gecəsində göstərdiyi vətənpərvərlik sonralar dillər əzbərinə çevrildi. Yasamaldakı təcili yardım stansiyasında çalışırdı. Onun yaralılara necə kömək göstərdiyinin canlı şahidi olanlar deyirlər ki, arıq, balacaboy olan Gültəkin o gecədən təsadüf nəticəsində salamat çıxmışdı. Sən demə, taleyinə Bakıdakı kimi, Qarabağda da düşmənlə üz-üzə gəlmək yazılıbmış. Ön cəbhəyə igid oğulların yarasını sarımağa gedəcəkdi. Təəssüf ki, bu od parçası cəbhədə yaralılara yardım göstərərkən düşmən gülləsinə tuş gəldi.

Yanvarın 26-dək müxtəlif istiqamətlərdən yaralılar tapılıb xəstəxanalara çatdırılırdı. Həmin günlər Bakıda 164 təcili yardım briqadası çalışırdı. Yalnız yaralılara ilk tibbi yardım göstərilməsi, onların xəstəxanalara çatdırılması şəhidlərin dəfninə qədər hazırlıq prosesindəki xidmət işlərinə yüz həkim briqadası ayrılmışdı.

Qanlı şənbə gecəsi ondan sonrakı günlərdə Bakı bəlkə daha çox şəhid verə bilərdi... Həkimlərimizin, ümumən səhiyyədə, xüsusən təcili yardım sahəsində çalışan tibb personalının o günlər xalqımıza, o cümlədən 20 Yanvarın yaralılarına göstərdiyi doğma münasibət qürur duyduğumuz monolit birlik əsl vətənpərvərlik nümunəsi idi.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2016.- 20 yanvar.- S. 9.