“Xilaskar
ordu” 70 ildə qazandığı adı bir gecədə itirdi
O qış gecəsinin sakitliyini pozan ilk atəş səsləri eşidiləndə biz necə böyük bir xəyanətin baş verdiyini dərk etdik. Müxtəlif istiqamətlərdən şığıyan tanklar izdihamı tırtılları altına aldı, qarşıya çıxan nə varsa hamısını xıncım-xıncım etdi.
Bəli, bu, Azərbaycan xalqına xəyanət idi. O xalqa ki, 1941-1945-ci illərdə cəbhəyə göndərdiyi yanacaqla faşistlərin üzərinə gedən, onların maqavimətini qıran tanklar hərəkətə gəlirdi. O xalqa ki, hərtərəfli köməyi ilə qələbəni yaxınlaşdırmışdı...
1990-cı ildə SSRİ hələ mövcud idi. Odur ki, insanların öz
ölkəsində gülləbaran edilməsi, öz dövlətinin ordusunun
bu cür vəhşiliklər
törətməsi onların Sovet
İttifaqının sülhsevərliyinə, insanpərvərliyinə
inamını itirdi, puç
etdi. 70 ildən çox
bir müddətdə “xilaskar
ordu” adlandırdığımız sovet ordusu yanvarın 20-də sözün
əsl mənasında vandalizm göstərdi.
Bu
qırğın Azərbaycan xalqının azadlıq istəyini
boğmağa hesablanmışdı. Lakin bütün bunlara rəvac verənlər öz
hesablarında yanılmışdılar. 20 Yanvar
bizə dərin qəlb yaraları vursa da, xalqımızın azadlıq eşqini, müstəqillik arzusunu
daha da alovlandırdı,
milli qürurunu daha da artırdı.
Azərbaycan. - 2016.- 20 yanvar.- S. 9.