Azərbaycan Prezidenti İlham Əliyev
şəhidlərin əziz xatirəsini yad
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq
Hüzn Günündə Şəhidlər xiyabanında 20
Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Qanlı
Yanvar hadisələrindən
26 il keçir.
1990-cı il yanvarın 20-də ölkəmizə
qarşı ərazi iddiaları irəli sürən Ermənistanın
təcavüzkarlığından və keçmiş
SSRİ rəhbərliyinin onlara
havadarlığından hiddətlənən,
Bakının küçə
və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı
sovet ordusunun döyüş hissələrinin
yeridilməsi Azərbaycanda
misli görünməyən
faciəyə səbəb
oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxan
dinc əhaliyə
divan tutulması, kütləvi
terror nəticəsində yüzlərlə
günahsız insanın
qətlə yetirilməsi
və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun
cinayətkar mahiyyətini
bütün dünyaya
bir daha nümayiş etdirdi.
Keçmiş sovet dövlətinin
hərb maşınının
həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi
terror aktı insanlıq
əleyhinə törədilən
ən ağır cinayətlərdən biri
kimi bəşər tarixinə yazıldı.
Böyük itkilər,
günahsız insanların
qətli ilə nəticələnən 20 Yanvar
faciəsi mərkəzi
hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə
dözməyən, azadlığına,
müstəqilliyinə can atan
Azərbaycan xalqının
həm də mübarizliyini, əyilməzliyini
və məğrurluğunu
nümayiş etdirdi.
20 Yanvar Azərbaycan
xalqının tarixində
sadəcə ağrı
və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin
gün üstünə
şığıyan dəhşətli
kabusa, sovet hərbçilərinin qorxunc
qaragüruhuna qarşı
sinəsini sipər etməyi, özünün
mənliyini və mətinliyini nümayiş
etdirməyi bacardı.
Məhz həmin hadisələr bilavasitə nümayiş
etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının,
suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları
və iştirakçıları
olduqlarından nəinki
onun açılması
və cinayətkarların
məsuliyyətə cəlb
olunmasından ötrü
tədbirlər görmədi,
əksinə bu vəhşiliyi gizlətmək
üçün əllərindən
gələni etdilər. 20 Yanvar faciəsindən bir gün sonra
ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı
səfirliyinə gedərək
xalqımızın kədərini
bölüşməsi və
qırmızı rejimin
ölkəmizdə həyata
keçirdiyi qanlı
aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli
oldu. Xalq o ağır günlərdə
köməksiz olmadığını
hiss etdi.
Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində
işləyən, Sovet
İttifaqı Kommunist
Partiyası Mərkəzi
Komitəsinin Siyasi Bürosunun üzvü olan, SSRİ rəhbərliyinin
qəzəbinə tuş
gələrək təqaüdə
göndərilən Heydər
Əliyev yenə də bütün məhrumiyyətlərə baxmayaraq
o ağır günlərdə
xalqının sırasında,
onunla birgə, həmrəy oldu.
Heydər
Əliyev bəyanatı
ilə əslində Azərbaycanda gedən proseslərə qiymət verdi. Ulu Öndər
SSRİ rəhbərliyinin Azərbaycana
münasibətdə qətiyyən
xoşniyyətli davranmadığını
diqqətə çatdırmaqla
yanaşı, həm də hakimiyyəti onda qınadı ki, Azərbaycana siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər təyin edilməsi xalqla hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olmuşdu. Bu uçurumun yaradılması
da ilk növbədə
mərkəzi hakimiyyətin
maraqlarına xidmət
edirdi və bununla belə gələcəkdə yaranacaq
bütün problemlərin,
konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb olmuşdu.
Bir müddət sonra -
1990-cı il noyabrın 21-də ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisi bu hadisəyə siyasi-hüquqi
qiymət verdi. Bu tarixi sənəddə
Azərbaycan xalqına
qarşı törədilən
siyasi və hərbi qəsdin cavabdehləri və günahkarları açıqlandı.
Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət
müstəqilliyinin bərpa
edilməsindən sonra
bir müddət başları hakimiyyət
uğrunda mübarizəyə
qarışan Azərbaycan
rəhbərləri xalqımıza
qarşı törədilən
bu ağır cinayətin səbəblərinin
araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların
müəyyən edilməsi
istiqamətində heç
bir iş aparmadılar. Yalnız ümummilli lider
Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra
- 1994-cü ildə 20 Yanvar
hadisələrinə siyasi-hüquqi
qiymət verildi və cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırıldı.
Azərbaycanın azadlığı uğrunda
canlarından keçən
şəhidlərin xatirəsi
daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları
da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də
20 Yanvar hadisələrində
sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin
başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin
ailə üzvləri
və əlillərin
sosial müdafiəsinin
təmin olunması istiqamətində mütəmadi
tədbirlər həyata
keçirilir. Şəhid ailələrinin
pensiya təminatı,
mənzil şəraitinin
yaxşılaşdırılması, yaşayış səviyyəsinin
yüksəldilməsi ilə
bağlı mükəmməl
qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncamlar
və fərmanlar verib. Bundan başqa əlillərin
reabilitasiyası üçün
respublikada yeni sağlamlıq mərkəzləri
inşa olunub. Ötən il
əlil və şəhid ailələrinə
yeni mənzillər verilib ki, onların
arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri
də var. 20 Yanvar faciəsində şəhid
olan şəxslərin
ailələrinə Prezident
təqaüdü verilir.
Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə
daha da möhkəmləndirilir.
X X
X
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına
gəldilər.
Dövlətimizin başçısı “Əbədi
məşəl” abidəsinin
önünə əklil
qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət
himni səsləndi.
X X
X
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı
dini icmaların başçıları, xarici
ölkələrin Azərbaycandakı
səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri
də şəhidlərin
əziz xatirəsini yad etməyə gəlmişdilər.
X X
X
Şəhidlər xiyabanının ziyarət
olunması mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev iştirak edirdilər.
AZƏRTAC
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 1.