Azərbaycan Prezidenti İlham
Əliyevin BP şirkətinin baş
icraçı direktoru ilə görüşü
Yanvarın
20-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin
baş icraçı direktoru Robert Dadli ilə
görüşü olub.
Görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu. Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulandı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 2.