Azərbaycan Prezidenti İlham Əliyev
Avropa Komissiyasının enerji
birliyi üzrə vitse-prezidenti
ilə görüşüb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanvarın
21-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə
vitse-prezidenti Maroş Şevçoviç ilə
görüşü olub.
Görüşdə
Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif
sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın
səviyyəsindən məmnunluq ifadə edildi. Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın
rolunun önəmi qeyd edildi, bu baxımdan “Cənub qaz dəhlizi”
layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin
“Cənub qaz dəhlizi” layihəsinin uğurla
reallaşdırıldığı qeyd olundu, bu layihənin həyata
keçirilməsinə Avropa Komissiyası tərəfindən
tam dəstəyin göstərildiyi bildirildi.
AZƏRTAC
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 3.