Azərbaycan Prezidenti İlham
Əliyevin “Microsoft Corporation” şirkətinin vitse-prezidenti
ilə görüşü
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin yanvarın 21-də Davosda
“Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.
Görüşdə Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları sisteminin
uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd
olundu. “Microsoft Corporation” şirkətinin Azərbaycanda
bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulandı. Azərbaycan iqtisadiyyatının
modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinin mühüm
rol oynadığı
qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirildi. Həmçinin
Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi
ilə kənd təsərrüfatı sahəsində
pilot layihələrin həyata
keçirildiyi qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə “Microsoft Corporation” şirkəti
arasında əməkdaşlığın
genişləndirilməsinə dair fikir mübadiləsi
aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 2.