Prezident İlham
Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti
ilə görüşü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanvarın
21-də Davosda Avropa Yenidənqurma və İnkişaf
Bankının prezidenti Suma Çakrabarti ilə
görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparıldı. Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulandı, bu baxımdan yeni imkanlar müzakirə edildi.
AZƏRTAC
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 3.