Azərbaycan Respublikası Prezidentinin
Mətbuat Xidmətinin
məlumatı
Yanvarın 21-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Dövlətimizin başçısı İrana
qarşı tətbiq
edilən sanksiyaların
götürülməsi münasibətilə
İran Prezidentinə
və xalqına təbriklərini çatdırdı
və uğurlar arzuladı.
Prezident İlham Əliyev qeyd etdi ki,
Azərbaycan həmişə
bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan Prezidenti
sanksiyaların götürülməsindən
bir daha məmnunluğunu bildirdi.
İran Prezidenti Həsən Ruhani təbriklərinə
və xoş sözlərinə görə
dövlətimizin başçısı
İlham Əliyevə
minnətdarlığını çatdırdı və
əlaqələrimizin bundan
sonra da uğurla inkişaf edəcəyinə əminliyini
bildirdi.
Dövlət
başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin
müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin
dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin
çəkilişi, investisiya layihələrinin
icrası və digər məsələləri
müzakirə etdilər.
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 1.