Birinci xanım Mehriban
Əliyeva “2015-ci ilin adamı” elan olunub
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər
Qrupu Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı
“2015-ci ilin adamı” elan edib.
ANS PRESS-dən AZƏRTAC-a verilən
məlumata görə,
Mehriban Əliyeva bu mükafata Təşkilat Komitəsinin
sədri kimi birinci Avropa Oyunlarının yüksək
səviyyədə təşkili
və keçirilməsindəki
xidmətlərinə, Azərbaycanın
müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi
genişmiqyaslı fəaliyyətə,
Azərbaycan və dünya mədəniyyətinin
qarşılıqlı inteqrasiyası
üçün gördüyü
işlərə, ölkədə
multikulturalizm mühitinin
formalaşdırılmasına verdiyi töhfələrə
və ardıcıl xeyriyyəçilik fəaliyyətinə
görə layiq görülüb.
Milli Qəhrəman
Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu
2005-ci ildə də Mehriban Əliyevaya “İlin adamı” mükafatını təqdim
etmişdi.
Azərbaycanda “İlin
adamı” mükafatı 2001-ci ildə Milli
Qəhrəman Çingiz Mustafayev
adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada
Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət
imicinin formalaşdırılması naminə
yüksək xidmətləri ilə seçilən şəxslər
layiq görülür.
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 4.