“The
Washington Post” qəzeti
Azərbaycan əleyhinə qanun layihəsinin
qəbulunun qeyri-mümkünlüyünün
səbəblərini açıqlayıb
“The Washington Post” qəzetində Oksford Universitetinin doktorantı
Samuel Ramaninin Azərbaycana
həsr etdiyi məqaləsi dərs edilib. O, məqalədə
konqresmen Kristofer Smitin Azərbaycan əleyhinə sanksiyalar üzrə qanun layihəsinin qəbul edilməyəcəyinin səbəblərini
açıqlayıb. Müəllif
yazır ki, Azərbaycan Mərkəzi
Asiya və Avropanı birləşdirən
mühüm enerji tranziti qovşağıdır,
Prezident İlham Əliyev Gürcüstan və Ukrayna da daxil olmaqla
ölkələrin suverenliyini
və ərazi bütövlüyünü dəstəkləyir,
Azərbaycan terrorizmə
və islam radikalizminə qarşı
mübarizədə Birləşmiş
Ştatlarla həmrəydir.
S.Ramani qeyd edir ki, Bakı
dünyada ikinci nəhəng neft kəmərinin başlanğıcını
götürdüyü, Azərbaycan
neftini Gürcüstan
vasitəsilə Türkiyəyə
nəql edən əsas məntəqədir. Amerika şirkətləri
Xəzər dənizində
neft-qaz sənayesinin işlənməsinə əsaslı
töhfələr veriblər,
Buş və Obama administrasiyaları ABŞ-ın
geosiyasi maraqlarını
nəzərə alaraq
regiondan enerji ehtiyatları axınını
genişləndiriblər. Müəllif yazır:
“2008-ci ildə Respublikaçılar
partiyasından keçmiş
senator və ABŞ Senatının
xarici işlər komitəsinin rəhbəri
Riçard Luqar Azərbaycanı Xəzər
regionunda Amerikanın yeganə dostu, ABŞ-ın müttəfiqlərinə
neft tədarükçüsü
adlandırıb”. Əgər Türkmənistan
Trans-Xəzər qaz kəmərini tikə bilsə, dünya enerji ehtiyatları ticarətində Azərbaycanın
əhəmiyyəti artacaq.
Bu, öz növbəsində
dünyada təbii qaz ehtiyatlarına görə dördüncü
yeri tutan Türkmənistanı Avropa
İttifaqı ilə
bağlayacaq, Bakını
tranzit enerji şəbəkəsinin mərkəzi
edəcək.
Azərbaycan müstəqilliyinin bütün
illərində beynəlxalq
hüquq normalarını
dəstəkləyib. Odur ki,
o, Ukrayna və Gürcüstanın ərazi
bütövlüyünü dəstəkləyir və
bununla da Birləşmiş Ştatlar
ilə eyni mövqe nümayiş etdirir. Bundan başqa, Azərbaycanın
ərazi bütövlüyü
ölkənin Dağlıq
Qarabağ regionunu işğal edən Ermənistan tərəfindən
pozulub.
Müəllif xüsusilə 2001-ci ildə ABŞ-a edilmiş terror hücumundan
sonra Azərbaycanın
terrorizmə qarşı
mübarizədə mühümlüyünü
qeyd edir. Azərbaycan öz hava məkanını
Amerika təyyarələrinin
üçün açıb
və tranzit qovşağı kimi xidmət göstərir.
Buradan Əfqanıstana Amerika ordusu üçün yükün üçdə
bir hissəsi (yanacaq, ərzaq ehtiyatı və geyim daxil olmaqla)
daşınır. Bundan
başqa, Azərbaycan
islam radikalizminə
qarşı mübarizədə
də mühüm tərəfdaşdır.
Sonda Ramani yazır ki, ABŞ-ın geosiyasi maraqlarına uyğun olan bütün bu səbəbləri nəzərə
alaraq, konqresmen Smitin belə demək mümkünsə
“Demokratiyayq dəstək
aktı”nın ABŞ Konqresində müzakirə
zamanı uğur qazanacağına inanmaq çətindir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan. - 2016.- 22 yanvar.- S. 4.