“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 576) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasında satılmasına yol verilmir.”.

2. Aşağıdakı məzmunda 15.4-cü maddə əlavə edilsin:

“15.4. Pambıq və pambıq məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”.

3. 21-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 22 yanvar.- S.5.