Tütüntütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Tütüntütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 568; 2002,  ¹ 5, maddə 240; 2003, ¹ 1, maddə 6; 2007, ¹ 5, maddə 397, ¹ 10, maddə 938; 2009, ¹ 12, maddə 945) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 14.3.4-1-ci və 15.3.3-1-ci maddələr əlavə edilsin:

“14.3.4-1. tütünya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;”.

 “15.3.3-1. tütünya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;”.

2. 16.2.4-cü maddədə “çox olduqda” sözlərindən sonra “, yaxud tütünya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 22 yanvar.- S.5.