TOTAL şirkətinin
baş icraçı direktoru
ilə görüş
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın
21-də Davosda Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin
TOTAL şirkətinin baş
icraçı direktoru
Patrik Puyanne ilə görüşü
olub.
Görüşdə Azərbaycan ilə TOTAL
şirkəti arasında əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri müzakirə
edildi. Söhbət zamanı “Abşeron” qaz
yatağının işlənilməsi və digər layihələrin
həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 23 yanvar.- S. 1.