Azərbaycan Prezidenti İlham
Əliyevin Dünya İqtisadi
Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub
Xüsusi
müxbirimiz xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanvarın
21-də Davosda Dünya İqtisadi Forumunun icraçı sədri
Klaus Şvab ilə görüşü olub.
Söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edildi, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulandı. Həmçinin “İpək Yolu” layihəsinə dair məsələlər müzakirə olundu, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak
etdiyinə görə Davos fəxri
üzvlər klubunun nişanını Prezident İlham Əliyevə
təqdim etdi.
AZƏRTAC
Azərbaycan. - 2016.- 23 yanvar.- S. 1.