Azərbaycan Prezidenti İlham
Əliyevin Norveçin xarici
işlər naziri ilə görüşü
Xüsusi
müxbirimiz xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də
Davosda Norveçin xarici işlər naziri Borge Brende ilə
görüşüb.
Görüşdə ölkələrimiz
arasında münasibətlərin inkişaf
etdiyi bildirildi,
qarşılıqlı maraq doğuran məsələlərlə
bağlı fikir mübadiləsi
aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 23 yanvar.- S. 1.