Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
Çin Xalq
Respublikasının Təhsil Nazirliyi
arasında 2016-2019-cu illər üçün
təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 yanvar 2016-cı il
Azərbaycan.-2016.- 23 yanvar.-S. 2