Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi ilə
Çin Xalq Respublikasının
Nəqliyyat Nazirliyi arasında nəqliyyat
sahəsində Anlaşma Memorandumunun
təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 23 yanvar.-S. 2.