Multikulturalizm ili”ndə Azərbaycan xalqının tolerantlıq ənənələri dünyaya daha geniş şəkildə təqdim ediləcək

 

Multikulturalizm ilinin əsas məqsədi Azərbaycan xalqının birgəyaşayış, tolerantlıq ənənələrinin dünyaya daha geniş şəkildə təqdim edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yanvarın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Kamal Abdullayev Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq göstərildiyini söyləyib. O bildirib ki, multikulturalizm müxtəlif istiqamətlərdə düşünə bilən insanların bir-birinin yanında rahat, asudə şəkildə yaşamalarının təminatı deməkdir. Bütün bu sadalananların əsasında həm vətəndaş cəmiyyətinin, həm də dövlətin böyük bir məsuliyyəti durur.

Kamal Abdullayev deyib ki, Azərbaycan multikulturalizmi yeni bir elm, intellektual, yaradıcı sahədir. Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, dilini, mənəviyyatını, tarixini, bu gününü gələcəyini özündə əks etdirir. Onun inkişaf perspektivləri göz qabağındadır.

Dövlət müşaviri qeyd edib ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir: “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarıkitabının nəşri, “Azərbaycan multikulturalizmidərsliyinin yazılması, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 11, Azərbaycanın 19 ali təhsil ocağında tədris olunanAzərbaycan multikulturalizmifənninin faydası lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliyini, həm çoxşaxəliliyini, həm cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha göstərir”.

Kamal Abdullayev xarici gənclərlə əlaqələrin xüsusi bir layihə olduğunu söyləyib. Bildirilib ki, bu layihə təkcə universitetlərlə deyil, Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmaqda olan filialları vasitəsilə həyata keçiriləcək.

Dövlət müşaviri təəssüflə qeyd edib ki, bu gün bir çox ölkələr multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyirlər. Azərbaycan multikulturalizmi isə dünya üçün nümunəvi bir modeldir. İndiyə qədər Avropa, Kanada, Avstraliya multikulturalizmi modelləri mövcud idisə, indi artıq dünyada Azərbaycan multikulturalizmi modeli işləkdir. Onun kökündə azərbaycançılıq mədəniyyəti, intellekti potensialı dayanır. Bu model dostlarımızı sevindirir, bədxahlarımızı isə qıcıqlandırır.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda bütün dinlərin millətlərin nümayəndələri mehriban, sərbəst şəkildə yaşayırlar. Azərbaycanda hansısa bir yəhudinin, xristianın, yaxud başqa dinə mənsub şəxsin yanından keçən azərbaycanlı ona nifrət hissi ilə ya təəccüblə yanaşmır. Azərbaycan xalqına xas belə bir davranış isə Avropada maraqla qarşılanır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən imtina edib. Amma Azərbaycanda multikulturalizm yaşayır yaşayacaq.

Kamal Abdullayev bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Təhsil, Mədəniyyət Turizm nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası digər qurumlarla əməkdaşlıq edərək birgə təkliflər paketi üzrə işi yekunlaşmaq üzrədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təkliflər paketi yaxın zamanda ölkə Prezidentinə təqdim ediləcək.

 

Azərbaycan. - 2016.- 23 yanvar.- S. 6.