“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” 2015-ci il mayın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 24 yanvar.- S.1.