“Azərbaycan
Respublikasının Hökuməti ilə Vyetnam
Sosialist Respublikasının Hökuməti
arasında gömrük işi
sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında” Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2015-ci il mayın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 dekabr 2015-ci il
Azərbaycan. - 2016.- 24 yanvar.- S.1.