Hindistan Respublikasının Prezidenti
Zati-aliləri cənab
Pranab Mukherciyə
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Hindistan arasındakı münasibətlərin
xoş ənənələri
mövcuddur. İnanıram ki, dostluq və əməkdaşlıq
münasibətlərimizin möhkəmləndirilməsi
və inkişafı yolunda bundan sonra da birgə
səylərimizi davam
etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Hindistan
xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 yanvar 2016-cı il.
Azərbaycan. - 2016.- 26 yanvar.- S. 1.