Azərbaycan
Respublikasının “Azərbaycan Dəmir Yolları” Qapalı
Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli
Dəmir Yolu Administrasiyası arasında dəmir
yolu nəqliyyatı sahəsində əməkdaşlığa
dair Sazişin təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 26 yanvar.- S. 2.