“Əlillik
ümumi xəstəlik, hərbi xidmət
dövründə xəstələnmə, əmək zədəsi
və peşə xəstəliyi, hərbi əməliyyatlar
keçirilən zonada olmaqla
əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi
ilə əlaqədar səbəblərdən baş
verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
artırılması və “Əlillik ümumi
xəstəlik, hərbi xidmət dövründə xəstələnmə,
əmək zədəsi və peşə xəstəliyi, hərbi
əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də
qəzanın ləğvi ilə əlaqədar
səbəblərdən baş verdikdə
I qrup əlilliyə görə sosial müavinət alanlara
Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 66 manat müəyyən edilsin.
2. “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 3, maddə 249) 1-ci hissəsində “60” rəqəmləri “66” rəqəmləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 26 yanvar.- S. 2.