“Bizdən inciməsin bir əziz qonaq”
Bu, fəaliyyət
göstərdiyi iki il ərzində
270 min nəfərdən çox
insana xidmət göstərmiş “Tufan” Dağ-Xizək Yay-Qış
İstirahət Kompleksinin
devizidir
Son illər ölkənin
sosial-iqtisadi həyatında
baş verən yeniliklər, tikinti-quruculuq
işlərinin aparılması
digər sahələrlə
yanaşı, turizm sektoruna da təsirsiz
ötüşməyib. İqtisadiyyatımızın neft amilindən
asılılığının azaldılmasına xidmət
edən qeyri-neft sektorunun inkişafı indi bir çox
sahələrin tərəqqisi
ilə müşayiət
olunur.
Prezident İlham Əliyev hələ ölkə rəhbərliyinə seçildiyi
ilk illərdə bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda
turizmin inkişafını
da qeyri-neft sektorunun əsas sahələrindən biri elan etmişdi və bu istiqamətdə
atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, son bir
neçə ildə dünyanın ən məşhur hotel brendləri
Azərbaycana gəlib
və ölkədə
çoxsaylı beşulduzlu
hotellər istifadəyə
verilib. Həmçinin
2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdi.
Bu baxımdan iki il əvvəl, 2014-cü ilin yanvar ayının
3-ü tarixində dövlət
başçısının iştirakı ilə Qəbələdə “Tufan”
Dağ-Xizək Yay-Qış
İstirahət Kompleksinin
birinci mərhələsinin
açılışı da böyük əhəmiyyətə malikdir.
Layihə çərçivəsində
kompleksdə nəhəng
infrastruktur formalaşdırılıb.
Avtomobil yolunun çəkilməsi,
torpaq sürüşmələrinin
qarşısının alınması
üçün tədbirlər
görülüb. Ərazidə insanların rahat istirahəti üçün
hər cür şəraitə malik infrastruktur, o cümlədən
mehmanxana, ofislər, uşaqlar üçün
istirahət guşəsi
və digər müvafiq obyektlər yaradılıb.
Bütün fəsillərdə turistlərə
xidmət göstərilir
“Tufan” Dağ-Xizək
Yay-Qış İstirahət
Kompleksinin direktoru Əvəz Nəbiyev bildirdi ki, kompleksin
tikintisinin birinci mərhələsi çərçivəsində
dörd kanat xətti tam inşa olunaraq istifadəyə verilib. On xizək yolundan beşində inşaat işləri başa çatıb.
Digər
işlər isə mərhələli şəkildə
həyata keçirilir.
Burada turistlərin istirahətinin
təşkili üçün
hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə
kanat gəzintisinə,
qış mövsümündə
xizəklə sürüşməyə,
xizəkçilik məktəbindən,
hotel və digər xidmətlərdən istifadə
etməyə imkanlar verir.
Kompleksin əhəmiyyətini artıran
mühüm amillərdən
biri də burada turistlərin trassa sistemini özlərinə uyğun
seçmək imkanlarının
olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə
görə trassa seçə bilər.
Bütün dağ-xizək trassası
süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə “Tufan”
Dağ-Xizək Yay-Qış
İstirahət Kompleksi
gün ərzində üç min nəfərə
xidmət göstərmək
imkanına malikdir.
Hədəf turistlərin təhlükəsizliyini
təmin etməkdir
Bu layihənin reallaşdırılması,
ümumiyyətlə, respublikada
dağ-xizək idmanı
və digər qış idman növlərinin inkişafı
üçün də
hərtərəfli imkanlar
açır. Layihənin mövcudluğu gələcəkdə
qış idman növlərində idmançılarımızın
yetişməsində əvəzsiz
rol oynayacaq.
Devizi “Bizdən inciməsin bir əziz qonaq”
və “Bizim hədəfimiz sizin təhlükəsizliyinizdir” olan
kompleksin “Riverside” kanat
xəttinin aşağı
stansiyasını kompleksin
girişi də adlandırmaq olar. Burada turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Xizəklərin satışı və kirayəsi xidmətlərini
göstərən ayrıca
bölmə qurulub.
Bundan əlavə, ərazidə
idman malları mağazası və kafe də fəaliyyət
göstərir.
Birinci mərhələ
4 kanat xəttindən
ibarət olmaqla, kanatların ümumi uzunluğu 6 kilometrə yaxındır. 10 xizək
yolunun uzunluğu isə 17 kilometrdən çoxdur. İkinci mərhələdə isə burada daha 3 kanat xətti
və 8 xizək yolunun açılması
nəzərdə tutulur.
Qəbələyə uzaq Zelandiyadan da gəlirlər
Direktorun sözlərinə görə,
artıq bu məkan təkcə yerli respublikamızı deyil, həmçinin yaxın və uzaq ölkələri təmsil edən minlərlə xarici turistin sevimli əyləncə mərkəzinə
çevrilib. Onların arasında Türkiyə,
İran, Rusiya, Ukrayna, Birləşmiş
Ərəb Əmirlikləri,
Argentina, Kanada, hətta
Yeni Zelandiyadan gələn insanları müşahidə etmək
mümkündür.
Kompleksə marağın ölçüsünü
müəyyənləşdirmək üçün statistik rəqəmlərə nəzər
yetirmək kifayətdir. Belə
ki, fəaliyyət göstərdiyi iki il ərzində
bura gələn insanların ümumi sayı 274 min 551 nəfər
təşkil edib. Onlardan da 271 min 87 nəfəri ödənişli,
3464 nəfəri müəyyən
imtiyazlara malik insanlar olublar. 2016-cı ilin əvvəlindən
isə kompleksə təxminən 8 mindən çox turist gəlib.
Ə.Nəbiyev bildirdi ki, keçən il
Qəbələ rayonu
üzrə min nəfərdən
çox şagirdin kompleksin xidmətlərindən
ödənişsiz istifadə
etmələrinə şərait
yaradılıb. Bu mövsümdə də təxminən həmin sayda şagird istər kanat gəzintisinə çıxmaq,
istərsə də xizəklə sürüşmək
imkanı qazanacaqdır.
Durucanın yeri başqadır
Kanatla hərəkət
edərkən yolun
3-cü xəttinin alt hissəsində
olan Duruca kəndinin mənzərəsi
insana tam fərqli zövq verir. Kənd uzun
illər əvvəl burada yurd yeri
olaraq salınıb.
Ərazinin üç tərəfdən
dağlarla əhatə
olunması heyvandarlıq
üçün stimulverici
rol oynayıb. Dağın ətəyində, sərt
təbiətin ağuşunda
özünə yurd salan bu məkanın
sahibləri isə əvvəllər əsasən
isti iqlim qurşağına malik qonşu Ağdaş rayonundan olublar. Onlar isti yay
günlərində mal-davarlarını
bura gətirərək
təxminən may ayından
sentyabrın ortalarına
qədər burada qalar, havalar soyuyub yağışlı
mövsüm başlayanda
isə yenidən köçlərini qışlağa
sürərmişlər.
İndi isə Duruca təkcə durucalıların
deyil, bu kompleksi ziyarət etməyə gələn hər kəsin doğma məkanı, sevimli istirahət yeridir. Yayın istisindən canını
götürüb bu yerlərə bir günlük olsa belə üz tutan insanlar kanat gəzintisi zamanı elə yolüstü Durucaya da baş çəkirlər.
İnsanlar tarixin yaddaşını
özündə qoruyub
saxlayan bu kənddə olduqları müddətdə həyatdan
zövq alır, rahatlıq tapırlar.
“Hörümçəksürənlər”
insanlara xidmətdən
məmnundurlar
“Tufan” Dağ-Xizək Yay-Qış İstirahət
Kompleksindən bəhs
edərkən buradakı
rahatlığın, səliqə-sahmanın
yaradılmasında xüsusi
rolu olan 3 nəfər gəncin (təbii ki, burada əmək verən hər kəsə minnətdarlıq
düşür) adını
çəkməmək olmur.
Kompleksdə çalışanlardan təxminən 90-95 faizinin
Qəbələ sakini
olmalarını nəzərə
almış olsaq, həmin gənclər qeyri qəbələli olan 5-10 faizi təmsil edənlərdir.
Elxan Bədəlovla Ülvi Nağıyev əslən
Ordubad rayonunun Düylün kəndindən,
Bəxtiyar Səfərəliyev
isə Qubanın Təngaltı kəndindəndir.
Onlar kompleks istifadəyə verilən vaxtdan burada çalışırlar.
Xizək
yolları məhz onların fədakarlığı
və həyatlarını
riskə qoymaları sayəsində sürüşmək
üçün hazır
vəziyyətə gətirilir.
Hazırda həmin zolaqlardan
insanların rahatlıqla
istifadə etmələri
üçün onlar
səylərini əsirgəmirlər.
Bu gənclərin əsas
keyfiyyətləri bir
tərəfdən cəsarətli
olmalarıdırsa, digər
tərəfdən də
dünya üzrə az sayda insanın
sürə bildiyi İsveçrə istehsalı
olan “Spaider” (“Hörümçək”) markalı
“Menzumak” texnikasını
dəniz səviyyəsindən
1920 metr hündürlükdə
düzgün idarə
edə bilmələridir.
Xizək
yolunun hazırlıq vəziyyətinə gətirilməsində
xüsusi “Snotrak” maşınını da onlar idarə edirlər. Ən yüksək və
təhlükəli ərazilərdə
texnikanın idarə edilməsindən zövq alırlar. Özü
də iş saatının gecə saat 24 radələrindən
təxminən səhər
saat 7-yə qədər
davam etməsini (kompleksin xidmətindən istifadə edənlərin
geri qayıtdığı
və yeni gələnlərin hazırlıq
mərhələsində olduqları
zaman) nəzərə
alsaq, o zaman onların nə qədər fədəkar
olmaları bir daha aydınlaşar.
Ülvi Nağıyev deyir ki, həqiqətən də olduqca təhlükəli və riskli bir işin
qulpundan yapışıblar. Çoxları bu işin mahiyyətini
dərk etməsələr
belə, onlar nə etdiklərini yaxşı dərk edir və bundan
da məmnundurlar.
Ən maraqlısı
isə dünyada az sayda
insanın bacardığı
işin öhdəsindən
gələ bilmələri,
həmçinin son nəticədə
insanların rahatlığına
xidmət etmələridir.
Biz də bu məkandan böyük coşqu və rəğbət hissi ilə ayrılırıq. Kompleksə yeni
gələn insanlara isə xoş və mənalı istirahət arzu edirik.
Əli
SƏLİMOV,
Azərbaycan. - 2016.- 26 yanvar.- S.6.