Bakıda Hindistanın milli
bayramı qeyd edilib
Yanvarın 26-da Hindistanın Azərbaycandakı
səfirliyi ölkənin
milli bayramı – Respublika Günü münasibətilə rəsmi
qəbul təşkil
edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Azərbaycanın və
Hindistanın dövlət
himnləri səsləndirilib.
Səfir Sanjay Rana ölkəsinin müxtəlif sahələrdə
əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən
danışıb. O bildirib
ki, müstəqilliyini
bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik
əlaqələr qurduğu
ölkələrdən biri
də Hindistandır. Azərbaycan-Hindistan əlaqələri bundan sonra daha
da inkişaf edəcək.
Xarici işlər
nazirinin müavini Xələf Xələfov
əlamətdar gün
münasibətilə Hindistan
xalqını Azərbaycan
hökuməti adından
təbrik edib. O deyib ki, ölkələrimiz arasında münasibətlər
xalqlarımızın rifahı
naminə inkişaf edir. Nazir müavini Azərbaycanın
bütün ölkələrlə
münasibətləri inkişaf
etdirməkdə maraqlı
olduğunu diqqətə
çatdırıb. Bildirib ki,
bu baxımdan Hindistan ilə əlaqələr xüsusi
əhəmiyyət kəsb
edir. Ölkələrimiz arasında müxtəlif
sahələrdə əməkdaşlığın
genişləndirilməsi önəmlidir.
Qəbulda rəsmi şəxslər,
Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı
səfirləri və
ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Azərbaycan.- 2016.- 27 yanvar.- S.7.