Azərbaycan Prezidenti İlham Əliyev
Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yanvarın 27-də Almaniya
Federal Statistika İdarəsinin
prezidenti Diter Sarrayteri və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskini qəbul edib.
Dövlətimizin başçısı “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransın əhəmiyyətini qeyd etdi. Bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın rolunu xüsusi vurğulayan Prezident İlham Əliyev ölkəmizin statistika sistemində islahatların aparılmasının önəmindən danışaraq bu baxımdan Tvinninq layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin birinci fazasının icrası zamanı ölkəmizdə Tvinninq üzrə rezident-müşavir vəzifəsində çalışdığı müddətdə görülən işlərdən danışdı.
Almaniya Federal
Statistika İdarəsinin prezidenti
Diter Sarrayter səmərəli
siyasətin işlənib hazırlanmasında düzgün
statistik məlumatların əldə edilməsi
və istifadə olunmasının vacibliyinə toxundu, bu sahənin təkmilləşdirilməsinin
əhəmiyyətini vurğuladı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 28 yanvar.- S.1.