E.H.Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və
səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 28 yanvar.- S.1.