“Təbii inhisarlar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq qərara alır:
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 155; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 11, maddə 1053; 2008, ¹ 6, maddə 462; 2013, ¹ 11, maddə 1282; 2015, ¹ 4, maddə 371) 5-ci maddəsinin 1.7-ci bəndində “hərəkət” sözü “dəniz üzgüçülüyünün” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 dekabr 2015-ci il
Azərbaycan. - 2016.- 28 yanvar.- S.1.