BDU-nun doktorant və
tələbələri Azərbaycan Prezidentinə minnətdarlıq
edirlər
Azərbaycan
Prezidenti İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta
ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin
tələbələri və şagirdləri
üçün müəyyən edilmiş təqaüdlərin
artırılması haqqında” 2016-cı il 25 yanvar tarixli Sərəncamı
Bakı Dövlət Universitetinin (BDU) tələbə və
doktorantları tərəfindən dərin sevinc hissi ilə
qarşılanıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ölkəmizdə təhsilin inkişafına, tələbə və doktorantlara göstərilən böyük diqqət və qayğının daha bir sübutudur. Bu gün müasir müstəqil Azərbaycan dinamik inkişaf edir. Ölkəmizdə qazanılan nailiyyətlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü siyasətin bəhrəsidir. Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin qayğısı sayəsində Bakı Dövlət Universiteti inkişaf edib və dünya universitetləri sırasında özünəməxsus yer tutub.
Göstərilən böyük diqqət və qayğıya
görə BDU-nun tələbə, magistrant və doktorantları Prezident
İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirir, dövlətimizin
başçısının apardığı məqsədyönlü
siyasəti ürəkdən dəstəkləyirlər.
AZƏRTAC
Azərbaycan. - 2016.- 28 yanvar.- S. 4.