Mühüm məsələlər müzakirə olunub

 

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.

Akademik A.Əlizadə cari ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi haqqında Prezident İlham Əliyevin 2016- cı il 11 yanvar tarixli Sərəncamını xatırladıb. Bildirilib ki, Sərəncamda ölkənin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai qurumları ilə yanaşı, AMEA-nın da qarşısına mühüm vəzifələr qoyulub.

İclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal AbdullayevMultikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Akademik K.Abdullayev vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçibbu siyasət sayəsində ölkəmiz çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə keçirib. Bu müstəvi siyasət müstəvisi idi.

Bildirilib ki, “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidirtezisini irəli sürmək mümkündür. Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Ulu Öndər Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasının demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Müdrik dövlət xadiminin rəhbərliyi ilə demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi. Buna uyğun olaraq Konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı. Prezident İlham Əliyev deyir: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.

Dövlət müşaviri bildirib ki, hər bir ölkə özünün enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir.

Multikultural təhlükəsizliyin əsas prinsiplərindən söz açan akademik qeyd edib ki, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər yönəlməsi mexanizminin qurulması, ölkədəki milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, burada yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.

Prezident İlham Əliyevin söylədiyi kimiMultikulturalizm Azərbaycan xalqına əsrlərdən bəri xas olan dəyərdir” fikrinin Azərbaycan multikulturalizmini elmi əsasda öyrənmək üçün kifayət qədər əsas yaratdığını qeyd edən K.Abdullayev bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin AMEA-nın intellektual dəstəyi ilə hazırlanan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasihüquqi qaynaqları” əsərləri barədə geniş məlumat verib.

Akademik vurğulayıb ki, dövlətimizin başçısının bu sahədə apardığı məqsədyönlü və əzmkar işlərin nəticəsi olaraq 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi bu sahəyə diqqəti daha da artırır. Eyni zamanda, dünyanı alternativi olmayan multikulturalizm siyasətindən daha səmərəli faydalanmağa dəvət edir. Sərəncamda AMEA-nın qarşısına da mühüm vəzifələr qoyulub. Bu vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmək üçün AMEA-nın güclü potensialının olduğunu qeyd edən K.Abdullayev görüləcək işlərlə bağlı bir sıra təkliflər də səsləndirib. Bu təkliflər sırasında AMEA-da fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm üzrə elmi-tədqiqat mövzularının verilməsi, AMEA-nın rəyasət heyəti yanında Multikulturalizm problemləri üzrə elmi-tədqiqat Mərkəzinin və ya institutlararası multikulturalizm virtual mərkəzinin təsis edilməsi, 2016-cı ildə AMEA-daDünya multikulturalizm modelləri” mövzusunda silsilə beynəlxalq konfransların keçirilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Multikulturalizm ensiklopediyasının” tərtib edilməsi yer alıb.

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2016.- 28 yanvar.- S. 4.