Azərbaycan
Respublikasının mədəniyyət xadimlərinə
“Əməkdar mədəniyyət işçisi”
fəxri adının verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Həsənova Sima Əkbər qızı
Hüseynli Yaşar Şamil oğlu
Kərimova Lalə Sabir qızı
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 29 yanvar.- S.1.