İki ölkə  arasında dini sahədə əlaqələr yüksək səviyyədədir

 

Yanvarın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Mübariz Qurbanlı iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını diqqətə çatdıran komitə sədri ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda radikal dini qruplara qarşı ciddi mübarizə aparılır, ölkəmizdə bu cür qrupların sosial bazası mövcud deyil.

Azərbaycan ilə İran arasında etimaddostluq münasibətlərinin bundan sonra da davam edəcəyini deyən səfir qarşılıqlı səfərlərin təşkilində, dini radikalizmekstremizm ilə mübarizə çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Möhsün Pakayin bu cür görüşlərin ölkələrimiz arasında münasibətlərin daha sürətlə inkişaf etməsinə töhfə verəcəyini söyləyib.

 

Azərbaycan. - 2016.- 29 yanvar.-  S.3.