“Naxçıvan tarixiçoxcildliyinin təqdimatı olmuşdur

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan tarixiçoxcildliyinin təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə muxtar respublika ziyalılarını və elmi ictimaiyyəti təbrik etmiş, ümummilli lider Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır” - fikrini xatırladaraq demişdir ki, bəşər sivilizasiyasının ilk məskənlərindən olan Naxçıvan antikorta əsrlər dövrü maddi-mədəniyyət və tarixi abidələrlə - ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət lövhələri ilə zəngindir. Naxçıvan həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr verən bir diyardır. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, öz dövlətlərini yaratmışlar. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması bu yurdda sivilizasiyanın inkişafının ən mühüm göstəricisidir.

Qeyd olunmuşdur ki, görülmüş işlər və aparılmış elmi tədqiqatlar Naxçıvan tarixi ilə bağlı ümumiləşdirilmiş əsərin hazırlanması məsələsini aktuallaşdırmışdır. Bütün bunlar nəzərə alınaraq üç cilddən ibarət “Naxçıvan tarixiçoxcildliyinin hazırlanmasına başlanmışdır. Ötən üç il ərzində “Naxçıvan tarixi” üzərində aparılan işlər öz bəhrəsini vermiş, ilk dəfə olaraq Naxçıvanın ən qədim dövrdən müasir dövrədək tarixi sistemlifundamental tədqiqatların predmetinə çevrilmiş, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən qiymətli çoxcildlik nəşr olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək demişdir ki, ötən dövrdə bir çox beynəlxalq simpoziumkonfrans keçirilmiş, Naxçıvan tarixinin müxtəlif problemlərinə dair elmi məruzələr dinlənilmiş və simpozium materiallarına daxil edilərək toplu halında çap olunmuşdur. Bütün bunlar Naxçıvan tarixinin tədqiqi üçün əlavə materiallar vermişdir. Çoxcildlik hazırlanarkən yüzlərlə əsaslı qaynaqlara, xarici dövlətlərin 10-dan çox arxivinin sənəd və materiallarına, kitabmonoqrafiyalara, internet saytlarına, dövri mətbuat materiallarına istinad edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək demişdir ki, “Naxçıvan tarixiçoxcildliyinin nəşri bütövlükdə Azərbaycan elmində əlamətdar hadisədir. Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərini əks etdirən çoxcildlik Naxçıvanın tarixi barədə ilk ümumiləşdirilmiş elmi əsər kimi mühüm əhəmiyyətə malikdir. “Naxçıvan tarixi” çoxcildliyində tarixə hərtərəfli baxış prinsipi ortaya qoyulmuş, ən qədim dövrlərdən bugünümüzədək Naxçıvanda elmin, mədəniyyətin, ədəbiyyatın, sənətkarlığın, eləcə də mətbuatın inkişafı tariximizin ayrılmaz tərkib hissəsi kimi araşdırılmışdır. Akademik İsa Həbibbəyli “Naxçıvan tarixiçoxcildliyinin nəşrini Azərbaycan elminə və ictimai-humanitar fikrinə töhfə kimi dəyərləndirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəxrəddin Səfərli demişdir ki, 1996-cı ildən başlayaraq Naxçıvan tarixinin ən qədim zamanlardan müasir dövrədək müxtəlif problemlərinin tədqiqi genişləndirilmişdir. Muxtar respublikada yerli tədqiqatçıların iştirakı ilə 10-a yaxın arxeoloji ekspedisiya, həmçinin ABŞ və Fransa arxeoloqlarının iştirakı ilə iki beynəlxalq ekspedisiya, 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası fəaliyyətə başlamışdır. Aparılan bütün  tədqiqatların sistemləşdirilməsi və tarixi həqiqətlərin obyektiv şəkildə xalqa, beynəlxalq ictimaiyyətə çatdırılması üçün sanballı, ümumiləşdirici əsərin yaradılmasına böyük ehtiyac var idi. Məhz bütün bunlar nəzərə alınaraq “Naxçıvan tarixiçoxcildliyi hazırlandı”.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zəhmət Şahverdiyev qeyd etmişdir ki, “Naxçıvan tarixi” çoxcildliyində qədim diyarın keçdiyi mürəkkəb və çoxşaxəli yol ilk dəfə olaraq bütün mərhələləri ilə sistemli şəkildə əks olunmuşdur.

Sonra tədbir iştirakçıları Naxçıvan tarixinə həsr olunan yeni nəşrlərdən ibarət sərgiyə baxmışlar.

 

Elxan MƏMMƏDOV,

 

Azərbaycan. - 2016.- 29 yanvar.- S.7.