Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamı
“Büdcə
sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanının
2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan
Respublikasının 2017-ci il dövlət büdcəsi layihəsinin,
habelə ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan
Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi
məqsədi ilə:
1.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası
Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq
edilmiş “Dövlət büdcəsinin tərtibi və
icrası Qaydaları”nın müvafiq müddəalarından
irəli gələn vəzifələri yerinə yetirməklə,
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin
növbəti büdcə ili üzrə dövlət büdcəsinin
və icmal büdcəsinin layihəsini və sonrakı
üç il üçün icmal büdcənin göstəricilərini
2016-cı il sentyabrın 15-dək, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan
Respublikasının növbəti büdcə ili və gələn
üç il üzrə iqtisadi və sosial inkişaf
konsepsiyasını və proqnoz göstəricilərini, toplu
maliyyə balansını 2016-cı il sentyabrın 10-dək, həmçinin
həmin qanunun 12-ci maddəsində göstərilən digər
sənədləri hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi 2017-ci il və
sonrakı üç il üçün dövlət büdcəsinin
və icmal büdcənin layihələrinin müəyyən
olunmuş müddətdə hazırlanmasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər
və xərclər üzrə komissiyaların tərkibinə
dair təkliflərini 1 ay müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi:
3.1. cari il üçün ölkənin
ortamüddətli iqtisadi və sosial inkişaf
proqramını dəqiqləşdirmək məqsədi ilə
2015-ci ilin ilkin statistik məlumatlarını 2016-cı il
fevralın 5-dək Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
3.2.
növbəti büdcə ili və gələn üç il
üçün ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasının, dövlət büdcəsi layihəsinin
və toplu maliyyə balansının hazırlanması
üçün zəruri statistik məlumatların Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə və digər əlaqədar
təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin
etsin.
4.
2014-2015-ci illər üzrə Azərbaycan
Respublikasının Vergilər Nazirliyi əlavə dəyər
vergisi ödəyiciləri üzrə (fəaliyyət
göstərdiyi şəhər və rayonlar göstərilməklə)
hesablanmış və dövlət büdcəsinə daxil
olmuş vergilərə, Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi ölkə ərazisinə
idxal olunan mallar üzrə tətbiq edilən əlavə dəyər
vergisindən və gömrük rüsumlarından azad
olunmuş hüquqi və fiziki şəxslər və
onların idxal göstəricilərinə, Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi hər bir hüquqi və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər üzrə dövlət mülkiyyətinin
və torpaqların icarəyə verilməsi ilə
bağlı hesablanmış və dövlət büdcəsinə
daxil olmuş vəsaitə, Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondu hər bir hüquqi və
fiziki şəxs üzrə hesablanılmış və fonda
ödənilmiş məcburi dövlət sosial sığorta
ayırmalara dair məlumatları 2016-cı il aprelin 1-dək
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
edilməsini təmin etsinlər.
5. Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
dövlət büdcəsinin gəlirlərini təmin edən
digər orqanlar dövlət büdcəsinin tərtibi və
icrası prosesi üçün gəlirlərlə
bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər
edilməsi məqsədi ilə təkliflərini 2016-cı il
martın 1-dək Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə, növbəti büdcə ili və sonrakı
üç il üçün dövlət büdcəsi gəlirlərinin
layihəsini hazırlamaq məqsədi ilə 2016-cı il
mayın 1-dək Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin hazırladığı təlimat məktubuna
uyğun olaraq, müvafiq məlumatları 2016-cı il iyulun
1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
təqdim etsinlər.
6. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi 2017-ci il və
sonrakı üç il üçün dövlət və
icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir)
ilkin ortamüddətli göstəricilərini 2016-cı il
aprelin 10-dək, dəqiqləşdirilmiş variantını
2016-cı il sentyabrın 5-dək, dövlət büdcəsində
dövlət investisiya xərclərinin ilkin həcmini
2016-cı il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini
isə 2016-cı il iyulun 20-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.
7. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi:
7.1.
2016-cı il dəqiqləşdirilmiş, 2017-ci il və
sonrakı üç il üçün ölkənin iqtisadi
və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin,
ümumi və əhalinin əsas sosial demoqrafik qrupları
üzrə yaşayış minimumunun 2017-ci il
üçün ilkin proqnozlarını 2016-cı il martın
1-dək, dəqiqləşdirilmiş variantını və
növbəti il üçün dövlət büdcəsinin
layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə
dövlət investisiya proqramının layihəsini 2016-cı
il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsin;
7.2.
2017-ci il və sonrakı üç il
üçün ümumi daxili məhsulun həcminin, istehlak
qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının,
əhalinin gəlir və xərclərinin, məşğulluğunun
və demoqrafik göstəricilərinin ilkin variantını
2016-cı il martın 1-dək, dəqiqləşdirilmiş
variantını isə 2016-cı il avqustun 1-dək Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim
etsin.
7.3 2017-ci
il və sonrakı üç il üçün ölkənin
iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz
göstəriciləri üzrə makroiqtisadi çərçivənin
müəyyən olunması üçün Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı
ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini
1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin.
8. Azərbaycan
Respublikası Vergilər Nazirliyinin regional və yerli bölmələri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin
razılaşdırdığı formalara və cari il
mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
hazırladığı təlimat məktubuna uyğun olaraq,
növbəti büdcə ili və sonrakı üç il
üçün dövlət büdcəsinin gəlirləri
üzrə proqnoz layihələrini 2016-cı il iyunun 1-dək
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti
yerli bölmələrinə təqdim etsinlər.
9.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə,
nazirliklərin, komitələrin, idarə və təşkilatların
rəhbərlərinə, şəhər və rayon icra
hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə
tövsiyə edilsin ki, Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq
lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin
inkişafının təhlili əsasında növbəti
büdcə ili və gələn üç il
üçün ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasını, proqnoz göstəricilərini və toplu
maliyyə balansını hazırlamaq üçün
2016-cı il iyulun 15-dək Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
10.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti,
dövlət büdcəsindən müvafiq maliyyə
yardımları alan idarə və təşkilatlar, həmçinin
yerli icra hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri
(şöbələri) ilə birlikdə qanunvericiliklə
müdafiə olunan xərclər istisna olmaqla, digər xərclər
üzrə qənaət rejimi gözlənilməklə,
növbəti büdcə ili və sonrakı üç il
üçün büdcə layihələrini
hazırlayıb (hər bir dövlət proqramı üzrə
xərclər ayrıca göstərilməklə) 2016-cı
il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsinlər.
11.
Nazirliklər, komitələr və dövlət büdcəsindən
maliyyələşən digər təşkilatlar:
11.1. növbəti büdcə ili və sonrakı
üç il üçün büdcə layihələrini
(hər bir dövlət proqramı üzrə xərclərin
və istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
ilə bağlı tələb olunan vəsaitin məbləği
ayrıca göstərilməklə) və büdcə
prosesinin təkmilləşdirilməsinə dair təkliflərini
2016-cı il iyulun 1-dək Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim etsinlər;
11.2. dövlət büdcəsi vəsaitinin səmərəli
istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın
müvafiq bölmələri çərçivəsində
inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar
(vakant ştatların vəzifə adı, sayı və vəzifə
maaşı göstərilməklə) barədə məlumatları
hər rübdən sonrakı ayın 15-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
12. Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu və
Azərbaycan Respublikasının Dövlət Neft Fondu növbəti
büdcə ili və gələn
üç il üçün öz büdcə layihələrinin
ilkin variantını 2016-cı il martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə 2016-cı il iyulun 1-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
13. “Azəryolservis”
Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, “Avtomobil
Yolları” Məqsədli Büdcə Fondunun, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi “Dövlət zəmanəti
ilə alınan borcların Təminat Fondu”nun növbəti
büdcə ili və gələn üç il
üçün büdcə layihələrinin ilkin
variantını 2016-cı il martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə 2016-cı il iyulun 1-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
14. Bələdiyyələrə
tövsiyə edilsin ki, yerli sosial müdafiə, ekoloji, həmçinin
iqtisadi və sosial inkişaf proqramlarının qəbul və
icra edilməsi ilə bağlı layihələrin həyata
keçirilməsi, qanunvericilik və icra hakimiyyəti
orqanları tərəfindən bələdiyyələrə
həvalə edilən əlavə səlahiyyətlərin
maliyyələşdirilməsi, həmçinin dövlət
büdcəsindən yerli büdcələrə, maliyyə
yardımı (dotasiya) və subvensiya ayrılması
üçün təkliflərini martın 15-dək və
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası
Qanununun 11.14-cü maddəsində göstərilən sənədləri
və məlumatları 2016-cı il mayın 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
15.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə,
nazirliklərin, komitələrin, dövlət idarə və
təşkilatlarının, səhmlərinin nəzarət zərfi
dövlətə məxsus olan səhmdar cəmiyyətlərin
rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına
tapşırılsın və bələdiyyələrə
tövsiyə edilsin ki, Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2017-ci il
və sonrakı üç il üzrə dövlət
investisiya proqramının layihəsini hazırlamaq
üçün müvafiq məlumatları və sənədləri
2016-cı il martın 1-dək Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
16.
Nazirliklər, komitələr və dövlət büdcəsindən
maliyyələşən digər təşkilatlar, dövlət
büdcəsindən müvafiq maliyyə yardımı
(dotasiya, subvensiya və subsidiya) alan idarə
və təşkilatlar 2016-cı il iyulun 1-dək:
16.1. aidiyyəti dövlət proqramlarının, tədbirlər
planlarının icra vəziyyəti və əldə olunmuş
nəticələr barədə məlumatları
hazırlayıb Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə və Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;
16.2.
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən
tədbirlərin dövlət sifarişinə aid olanları,
həmçinin beynəlxalq və ölkə səviyyəli
tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin
nümayəndə heyətlərinin və rəsmi şəxslərinin
qəbulu, onlara xidmət göstərilməsi
üçün dövlət büdcəsində vəsaitin
nəzərdə tutulması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsinlər.
17. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, ölkənin
növbəti büdcə ili və gələn üç il
üçün dövlət büdcəsi layihəsinin,
iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu
maliyyə balansının tərtibi üçün əlavə
əsaslandırıcı materialları və hesablamaları
mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə
onların struktur bölmələrindən, mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq, digər
hüquqi şəxslərdən, bələdiyyələrdən,
büdcə və büdcədənkənar dövlət
fondlarından tələb etsinlər.
18.
Dövlət büdcəsi gəlirlərinin icrasını təmin
edən orqanlar və büdcədən maliyyələşən
nazirliklər, komitələr və digər təşkilatlar,
müvafiq dövlət fondları, dövlət büdcəsindən
müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və
subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər)
üzrə maliyyə idarə və şöbələri
növbəti büdcə ili və sonrakı üç il
üçün büdcə layihələrini tərtib edərkən,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24
may tarixli 75 nömrəli qərarı ilə təsdiq
edilmiş “Dövlət büdcəsinin tərtibi və
icrası Qaydaları”ndan irəli gələn vəzifələrin
yerinə yetirilməsini təmin etsinlər.
19. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri,
29 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 30 yanvar.- S.5.