“Əli və Nino” ekran əsəri ABŞ film festivalında
və dünya mediasında
Çəkilişləri 2015-ci ildə həyata keçirilən “Əli və Nino” filminin ilk nümayişi olub. Filmin nümayişi
ABŞ-ın "Sundance" beynəlxalq film festivalı
çərçivəsində “Premyera” kateqoriyasında keçirilib.
"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris
Tikyer, rejissoru
"BAFTA" mükafatı sahibi Asif Kapadia,
ssenari müəllifi isə "Academy Award" mükafatı
laureatı Kristofer Hemptondur.
Premyerada filmin rejissoru Asif Kapadia, prodüseri
Kris Tikyer və Əli rolunun ifaçısı Adam Bakri
iştirak ediblər.
Qeyd edək ki, rejissor
Asif Kapadianın
2015-ci ildə çəkdiyi
digər bir ekran əsəri - “Emi”
(“Amy”) “Ən yaxşı
tammetrajlı sənədli
film” nominasiyasında “Oskar”a
namizəddir.
Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli
və Nino” Azərbaycanın
müstəqillik uğrunda
mübarizəsi və
20-ci əsrin əvvəlində
Rusiyanın Azərbaycanı
işğalı fonunda
müxtəlif dinlərə
etiqad edən iki gəncin sevgisindən bəhs edir.
104 dəqiqəlik ekran
əsərində baş
rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin
Manafov, Əsad Bub, Numan Akar
və digər məşhur aktyorlar iştirak edir.
İctimaiyyətə ilk dəfə təqdim olunan film artıq dünya mediasının da gündəmindədir. Xarici media “Əli
və Nino”nun musiqisini və kinematoqrafiyasını yüksək
dəyərləndirir. Yayımlanmış materiallarda filmin
musiqisinin nostalji, eyni zamanda romantik,
kədərli, bununla yanaşı ümidverici olduğu qeyd edilir. Filmin çox hissəsinin
orijinal əsərə
uyğun çəkildiyi,
ekran əsərinin iki insan arasındakı
münasibətlərin mənfi
və müsbət tərəflərini, eləcə
də kənardan göstərilən təzyiqləri
əks etdirdiyi bildirilir. Qeyd olunur ki,
Adam Bakri və Mariya Valverde öz obrazlarının
sentimental cəhətlərini canlandırır, həmişə,
hətta ən çətin anlarda belə soyuqqanlıqlarını
qoruya bilirlər.
“Əli və Nino” filminin yaxın vaxtlarda
Bakıda təqdimatı nəzərdə tutulur.
Azərbaycan. - 2016.- 30 yanvar.- S. 8.