“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 137; 2002, ¹ 12, maddə 701; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 3, maddə 133, ¹ 7, maddə 505, ¹ 10, maddə 762, ¹ 11, maddə 902; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə 1053; 2008, ¹ 7, maddə 602; 2013, ¹ 7, maddə 794) aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci maddənin IV hissəsinin 4-cü bəndində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

2. 8-ci maddənin III hissəsində “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S.2.