“Torpaqların
dövlət ehtiyacları üçün
alınmasıhaqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 376; 2011, ¹ 7, maddə 594; 2014, ¹ 6, maddə 609) 3.1.4-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.5-ci maddə əlavə edilsin:
“3.1.5. dəniz limanının ərazisinin artırılması.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 dekabr 2015-ci il
Azərbaycan. - 2016.- 31 yanvar.- S.3.