“Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 88; 2001, ¹ 11, maddələr 669, 676; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddələr 237, 243; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 8, maddə 756, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 701; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 171; 2013,   ¹ 3, maddə 229, ¹ 5, maddə 470; 2014, ¹ 11, maddə 1336; 2015, ¹ 5, maddə 497) 15-ci maddəsinin ikinci hissəsi üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2015-ci il

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S.3.