Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 3                                        Bakı şəhəri, 14 yanvar 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmişFiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmişXidməti mülki silahın Azərbaycan Respublikasına gətirilməsi Azərbaycan Respublikasından aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 9 sentyabr tarixli 590 nömrəli Fərmanının 6.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə 1223; 2015, ¹ 4, maddə 464, ¹ 5, maddə 624) ilə təsdiq edilmişFiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli sadələşdirilmiş Qaydaları”na 2 nömrəli əlavənin 2-ci hissəsinəDaxili İşlər Nazirliyininsözlərindən sonra “(Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2016.- 31 yanvar.- S.4.