Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 6 Bakı şəhəri,
18 yanvar 2016-cı il
Azərbaycan Respublikasının ərazisində
coğrafi koordinatları
müəyyən edilmiş
torpaq sürüşməsi
təhlükəsi olan
sahələrin xəritələrinin
təsdiq edilməsi və bu sahələrdə
tikinti işlərinin
qadağan edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 5 mart tarixli
56 nömrəli qərarının
6-cı hissəsinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən
aparılan tədqiqatlar
nəticəsində müəyyən
edilən torpaq sürüşməsi təhlükəsi
olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız
və elektron variantda təsdiq edilsin.
2. Torpaq sahəsinin mənsubiyyətindən asılı
olmayaraq, bu qərarın 1-ci hissəsi
ilə təsdiq edilmiş xəritələrdə
göstərilən torpaq
sürüşməsi təhlükəsi
olan sahələrdə
sürüşməyə qarşı tədbirlər
istisna olmaqla, tikinti işlərinin aparılması qadağan
edilsin.
3. Bu qərarın icrasına nəzarət Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyinə
həvalə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 31 yanvar.- S.4.