Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 7 Bakı şəhəri,
19 yanvar 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹12, maddə 1242; 2012, ¹3, maddə 260; 2013, ¹3, maddə
346) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın
“II. Təsərrüfathesablı qurumlar” bölməsinin
33-cü hissəsinin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və həmin bölməyə aşağıdakı
məzmunda 34-50-ci hissələr
əlavə edilsin:
“34. “Gəncə Olimpiya İdman Kompleksi” MMC;
35. “Tovuz Olimpiya İdman Kompleksi” MMC;
36. “İmişli Olimpiya İdman Kompleksi” MMC;
37. “Qəbələ Olimpiya İdman Kompleksi” MMC;
38. “Sumqayıt Olimpiya İdman Kompleksi” MMC;
39. “Astara Olimpiya İdman Kompleksi” MMC;
40. “Cəlilabad Olimpiya İdman Kompleksi” MMC;
41. “Qobustan Olimpiya İdman Kompleksi” MMC;
42. “Xaçmaz Olimpiya İdman Kompleksi” MMC;
43. “Şirvan Olimpiya İdman Kompleksi” MMC;
44. “Qax Olimpiya İdman
Kompleksi” MMC;
45. “Göygöl Olimpiya İdman Kompleksi” MMC;
46. “Goranboy Üzgüçülük
Hovuzu” MMC;
47. “Daşkəsən Rayon Gənclərin
Təlim və İstirahət Mərkəzi”
MMC;
48. “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu” MMC;
49. “Milli Gimnastika Arenası” MMC;
50. “Su İdmanı Sarayı”
MMC”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2016.- 31 yanvar.- S.4.