Ölüm var ki, həyat qədər dəyərli...
Hər ocağın, hər ailənin bir hekayəti olur. Müstəcəbovlar ailəsinin də özünəməxsus hekayəti
var. Ələsgər və
Şəhla xanımın
3 oğul övladı
onlara xoş anlar, xoş günlər yaşadıb.
Şad, firavan həyat sürdükləri
ərəfədə qəfildən ailənin başçısı Ələsgər
həyatdan vaxtsız köçür. Onda Elvinin 13, Röyalın 10, Orxanın
7 yaşı vardı.
Atasız qalan Orxan böyüdükcə
həyat yolunun cığırını özü
açacağını, qarşılaşacağı
çətinlikləri özü
dəf edəcəyini
dərk etməyə başladı. Özü də orta məktəbdə yaxşı
oxuyurdu. Anası Şəhla
xanımın arzusu onu müəllim görmək idi. Orxan isə hərbçi olmağı qarşısına məqsəd
qoymuşdu.
Orxan Müstəcəbov 2011-ci ildə
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi
xidmətə yollandı. Hərbi xidmətdə
olarkən dəfələrlə
komandanlıq tərəfindən
fəxri fərman və təşəkkürnamə
ilə təltif edildi.
Ötən il aprel ayının 2-də Ermənistan
qoşunları təmas
xəttində təxribat
törədəndə ordumuz
nəinki təxribatın
qarşısını aldı,
hətta daha əlverişli mövqeləri
ələ keçirdi. Təbii ki, bu qələbə
bizə itkisiz başa
gəlmədi. Şəhid
olanlar arasında Orxan Müstəcəbov da
var idi. Aprelin 5-də şəhid
gizirin nəşi rayona, doğulduğu Yekəxana
kəndinə
gətirildi. Dəfn
mərasimində Müdafiə
Nazirliyinin, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin nümayəndələri,
Qobustan Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə
orqanlarının rəhbərləri,
eləcə də kənd sakinləri və rayon ictimaiyyəti də iştirak edirdilər. Mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz” sədaları
səsləndirildi, şəhid
zabitimiz yaylım atəşləri altında
atasının yanında
torpağa tapşırıldı.
Şəhidin qardaşı
Röyal Müstəcəbov
Orxanla qürur duyduğunu bildirərək: “Təki Vətən sağ olsun! Vətən yaşasın!”-dedi.
O vaxtdan bir ilə yaxın
vaxt keçib. Rayon icra hakimiyyəti
tərəfindən Orxanın
məzarüstü abidəsi
ucaldılıb. Qəbiristanlığın ərazisində
səliqə-sahman yaradılıb.
Abadlıq işlərinə
qardaşı Elvin, Röyal və bibisi oğlu Səlim xeyli əmək sərf etdilər.
Oxuduğu Yekəxana
kənd tam orta məktəbinin qarşısında
da Orxanın abidəsi
qoyulub, şərəfinə
bulaq yaradılıb.
Anası Şəhla
Müstəcəbovanın dediklərindən: “Bu il
mart ayının 5-də Orxanın 24 yaşı
qeyd olundu. Rayon rəhbərliyi başda olmaqla hər kəs burada idi. Tədbir yüksək səviyyədə təşkil
edilmişdi, məktəblilərin
hazırladıqları kompozisiyalar
da çox təsirli
idi.”
Orxan hərbi hissədə döyüş sənəti
ilə yanaşı, idmanla da məşğul
olub. Xidməti nümunəviliyi ilə seçilib. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
95-ci ildönümü ilə
əlaqədar yubiley medalı, ölümündən
sonra isə Müdafiə Nazirliyi tərəfindən “Hərbi
xidmətdə fərqlənməyə
görə” medalı
ilə təltif olunub.
Şəhid Orxan Müstəcəbovun xidməti
fəaliyyəti ilə
yaxından tanış
olanda istər-istəməz
ölməz şair Hüseyn Cavidin bir misrası yadıma
düşdü: “Ölüm
var ki həyat
qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli...” Bəli, Orxan vətənpərvərliyi
ilə müqəddəs
şəhidlik zirvəsinə yüksəldi, insanların qəlbində əbədiyaşarlıq qazandı.
Odur ki, indi şəhid Orxan Müstəcəbovun
ailəsi, hətta onun boya-başa çatdığı
Yekəxana kəndinin
sakinləri də bu şərəfli ölümdən qürur
duyurlar.
Əli SƏLİMOV,
Azərbaycan.- 2016.- 1 aprel.- S.10.