V.Q.Əhmədovun “Şöhrət” ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vahid Qazməmməd oğlu Əhmədov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel
2017-ci il
Azərbaycan. - 2017.- 2 aprel.- S.2.