Azərbaycan-Qazaxıstan münasibətləri qarşılıqlı etimada, səmərəli əməkdaşlığa və uğurlu təşəbbüslərə əsaslanır

 

Rəsmi qarşılanma mərasimi

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verdi.

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev Prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qazaxıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət hökumət nümayəndələri Prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdirdilər.

 

Azərbaycan.- 2017.- 4 aprel.- S. 1.