Vladimir Putin: “Moskva ilə Bakı regional qlobal gündəliyin actual məsələlərinin həllində səylərini əlaqələndirir

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən iyirmi beş il ərzində biz Rusiya Azərbaycan xalqlarını ənənəvi şəkildə bir-birinə bağlayan dostluq qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamağa, yeni, dövlətlərarası əsasda inkişaf etdirməyə nail olmuşuq.

Məzmunlu siyasi dialoq, fəal parlamentlərarası regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Moskva ilə Bakı regional qlobal gündəliyin aktual məsələlərinin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir.

Əminəm ki, biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da fəal inkişaf etdirəcəyik. Bu, bizim dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin sabitliyin möhkəmləndirilməsi məcrasında cərəyan edir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı uğurlar, Sizin bütün həmvətənlərinizə firavanlıq əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

 

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

Moskva, Kreml

 

Azərbaycan.- 2017.- 5 aprel.- S. 1.