Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli
fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan İpoteka Fondu”
Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına
ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi
Qaydası”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.4-cü yarımbənddə “qeydiyyatına” sözündən sonra “, o cümlədən qabaqcadan qeydiyyata” sözləri əlavə edilsin.
2.3.1.5-ci yarımbənddə “və təmirli” sözləri “və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli” sözləri ilə əvəz edilsin.
3.3.1.8-ci yarımbənddə “85” rəqəmləri (hər iki halda) “90” rəqəmləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel
2017-ci il
Azərbaycan.-
2017.-5 aprel.- S. 2.