İslam Həmrəyliyi İdman
Federasiyasının prezidenti Şahzadə
Abdullah Bin Mosaad Bin Əbdüləziz:
“Mehriban Əliyeva “Bakı-2017”nin hazırlıqlarına müdrikliklə rəhbərlik
edir”
“Bakı-2017” İslam Həmrəyliyi Oyunları İslam ümmətinin idmançılarını ədalətli oyun ruhunda yarışmaq, qardaşlıq, həmrəylik və dostluğu təşviq etmək üçün bir araya toplayacaq. Yüksək keyfiyyətli hazırlıq işləri və Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin oyunlara yetirdiyi böyük diqqət bu mühüm idman tədbirinin xüsusi əhəmiyyətini əks etdirir.
Mən bu cür yüksək səviyyədə hazırlıq işlərinə və göstərdiyi səylərinə görə Azərbaycan Respublikasına təşəkkürümü bildirirəm. Bu xoş münasibətlə mən oyunların böyük uğurla keçirilməsinə verdiyi daimi dəstəyinə və diqqətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Mən xüsusi olaraq “Bakı- 2017” Təşkilat Komitəsinin sədri kimi bu işlərə müdrikliklə rəhbərlik etmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm.
Mən, həmçinin bu oyunları öz səmimiyyəti
və qonaqpərvərliyi ilə təşkil etmiş
Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.
“Xəzərdən başlayan səyahət”
IV İslam Həmrəyliyi Oyunlarına aparan sonuncu mərhələdir
və biz bütün
Azərbaycanda çox maraqlı silsilə
tədbirlərin şahidi olacağıq.
Bu tədbirlər sayəsində
İslamın ən ülvi dəyərlərinin
mahiyyəti təqdim olunacaq və onun sülh, dostluq və dözümlülük
şüarları hamıya çatdırılacaq.
Azərbaycan.-
2017.- 5 aprel.- S. 5.