Gənclər və idman naziri, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov: “Azərbaycan beynəlxalq idmanın və mədəni mübadilənin aparıcı mərkəzinə çevrilib

 

Cəmi iki illik müddət ərzində artıq ikinci dəfədir ki, Azərbaycan idmandostluğun mühüm beynəlxalq təntənəsində atletləri salamlayır. Bu dəfə ölkəmiz İslam aləminin 50-dən artıq ölkəsini alqışlayır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına evsahibliyi “Bakı-2015” ilk Avropa Oyunlarında əldə edilmiş təcrübəyə əsaslanır. Təməl xarakteri daşıyan həmin tədbir yeni nəsil Azərbaycan idmançılarını ilhamlandırmışdır və bizim bacarıqlara, infrastrukturaidman qurğularına yatırdığımız sərmayə mühüm iqtisadisosial fayda naminə davam etdirilir.

Bakı 2016-cı ildə “Formula-1” Avropa Qran-pri yarışına və Dünya Şahmat Olimpiadasına evsahibliyi edibbu yay Azərbaycan Qran-prinin iştirakçılarını salamlamağı, 2020-ci ildə isə UEFA-nın Avropa futbol çempionatının bir sıra matçlarını qəbul etməyi səmimiyyətlə arzulayır. Ölkəmizin beynəlxalq idmanın və mədəni mübadilənin aparıcı mərkəzi kimi formalaşması xalqımız üçün böyük qürur mənbəyidir.

Biz mayın 12-də çox müasir Olimpiya Stadionunda açılış mərasiminin və 10 günlük dünyamiqyaslı idman tədbirlərinin şahidi olacağıq.

 

Azərbaycan.- 2017.- 5 aprel.- S. 5.